Türkiyədə Aleyna Tilki də daxil olmaqla məşhur şəxslər saxlanılıb

Oxunma vaxtı:20 Saniyə

Türkiyədə aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki saxlanılıb.

Bununla bağlı İstanbul Respublika Baş Prokurorluğu qərar verib.

Onlar “narkotik vasitələrdən istifadə” maddəsi üzrə ittiham olunurlar.

Ümumilikdə, 10 şübhəli şəxs barəsində tutulma qərarı verilib. Onlardan müğənni Yusuf Güney və aktrisa Melisa Döngel axtarılır.

Ökə xaricində olan sosial media fenomenləri Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində də saxlanılma qərarı verilib.

Loading

Next Post

66 yaşlı kişi yanan ocağın üzərinə yıxılaraq öldü

Naxçıvanda kişi yanan ocağın üzərinə yıxılaraq ölüb. Hadisə Naxçıvan şəhərində baş verib. Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü İsayev Arif Əli oğlu səhər saatlarında yaşadığı A.Zamanov küçəsi, ev 48 ünvanında yerləşən evin həyətində ağac parçalarını yandırmaq üçün həmin ağac parçaları üzərinə benzin tökməklə yandırıb. 1 ay əvvəl ürək əməliyyatı keçirmiş […]