Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb

DogruSozTv Az
Oxunma vaxtı:17 Saniyə

Samux rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Alıuşağı kəndində baş verib.

10-dan çox şəxsin qidadan zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanaya yerləşdirildiyi bildirilir.

İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Halvanı yeyən ev sakinləri və qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın “Vestri” komandasının qonağı olacaq. Reykyavikdəki “Torfnesvöllur” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü çexiyalı FIFA referisi Marek Radina idarə edəcək. Bakıdakı ilk matçda “köhlən atlar” üç […]