Kəlbəcər: Təbiətin səssiz nəğməsi – VİDEO

Oxunma vaxtı:55 Saniyə

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Kəlbəcər rayonunun təbiət mənzərələrini əks etdirən videoçarx hazırlayıb.

Bu barədə Dövlət komitəsinin Mətbuat xidmətin məlumat yayıb.

“Kəlbəcər rayonu Azərbaycanın ən füsunkar və təbiigözəlliklərlə zəngin bölgələrindən biridir. Bu ərazi təkcəmənzərəli dağ silsilələri ilə deyil, həm də nadir flora vəfauna növləri, şəfalı mineral suları və bulaqları ilə seçilir. Bu yerlərin həm ekoloji, həm də turizm potensialıbaxımından mühüm əhəmiyyəti vardır.

İyirmi yeddi ildən artıq müddətdə işğal altında qalan Kəlbəcər 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik siyasəti, qəhrəman ordumuzun rəşadəti sayəsində bir güllə atılmadan azad edildi…

İndi bu dağlarda, meşələrdə yalnız təbiətin səsi, pıçıltısı deyil, sakinlərinin də səsi əks-səda verir. Kəlbəcər artıq öz daimi sakinlərini qəbul edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində hazırlanmış, Kəlbəcər rayonunun təbiət mənzərələrini əks etdirən videoçarxı təqdim edir”, – məlumatda qeyd olunub.

Loading

Next Post

Azərbaycan lideri Vyetnam Prezidentinə məktub ünvanlayıb

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının müstəqilliyinin 80-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Böyük inkişaf yolu keçmiş Vyetnam […]