Cəlilabad və Biləsuvarın bəzi ərazilərində iki saat işıq olmayacaq

Oxunma vaxtı:24 Saniyə

Bu gün Cəlilabad və Biləsuvar rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından çıxan 110 kV-luq hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 12:00-dək Cəlilabadın Alar, Günəşli, Sabirabad, Biləsuvarın Amankənd, Muğan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Adil Kərimlinin Hacıqabulda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Mədəniyyət naziri Adil Kərimlinin Hacıqabul rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu tarixi dəyişdirilib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, qəbul martın 14-ü saat 10:00-da Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların qəbulu nəzərdə tutulur.