Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

DogruSozTv Az
Oxunma vaxtı:40 Saniyə

Avqustun 21-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Xalq artisti Şükufə Yusupova Yeni Klinikaya təxliyə olunub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib. 

Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Şükufə Yusupova ailə üzvlərinin könüllü müraciəti əsasında avqustun 24-də Yeni Klinikaya təxliyə edilib.

“Hazırda Xalq artistinin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, – deyə məlumatda vurğulanıb. 

Qeyd edək ki, Şükufə Yusupova avqustun 21-də “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu piyada keçidindən keçərkən avtomobillə vurulub.

Hadisədən sonra o, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xalq artistinə ilkin zəruri tibbi xidmət göstərilib və müayinələr aparılıb. Müayinələrin nəticələrinə əsasən, ona çanaq və qabırğa sınıqları diaqnozu qoyulub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət […]