Hüseyn Abdullayev infarkt keçirdi

Oxunma vaxtı:29 Saniyə

Həbsdə olan sabiq deputat Hüseyin Abdullayev infarkt keçirib.

Bu barədə onun yaxınları məlumat verib.

2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Sabiq deputata hədə-qorxu ilə tələbetmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb.

Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Loading

Next Post

Ukrayna Kurska ən güclü briqadasını göndərdi – Təcili

Ukraynanın ən yaxşı təchiz edilmiş və ən sürətli briqadalarından olan 80-ci Hava Hücum Briqadası Kursk vilayətində döyüşlərə qatılıb. Bu barədə “Forbes” məlumat yayıb. Məlumata görə, sosial şəbəkələrdə yayılan videoda T-64BV və ya T-80BV tankı, UR-77 mühəndis maşını, həmçinin PDM (BTR-80) və Amerika istehsalı “Stryker” təkərli transportyorları Ukrayna minaatan briqadasının yanından […]