Xocalı Soyqırımı Memorial Kompleksinin inşası başa çatır

Oxunma vaxtı:28 Saniyə

2026-cı ildə Xocalı Soyqırımı Memorial Kompleksinin tikinti işlərinin başa çatdırılması planlaşdırılır. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Bununla yanaşı, Xankəndi şəhərində Zəfər Muzeyinin yerləşəcəyi binada bərpa və yenidənqurma işlərinin yekunlaşdırılması, eyni zamanda muzeyin elmi-konseptual əsaslara söykənən daimi ekspozisiyasının formalaşdırılması da nəzərdə tutulur. Bu ekspozisiya Azərbaycanın zəfər tarixini müasir muzeyçilik standartlarına uyğun şəkildə təqdim etməyi hədəfləyir.

“İşğaldan azad olunmuş rayonlarda inşa ediləcək İşğal və Zəfər Muzeyləri komplekslərinin layihələri müvafiq ekspertiza prosedurlarından keçirildikdən və rəsmi rəylər əldə edildikdən sonra tikinti işlərinə başlanılması nəzərdə tutulur”,- deyə nazirlikdən bildirib. 

Loading

Next Post

Azərbaycan nefti bahalaşdı

Dünya bazarında Azərbaycan nefti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,97 dollar və ya 4,5 faiz artaraq 68,51 dollar olub. “Brent” markalı neftin qiyməti isə 65,48 ABŞ dolları təşkil edib.