Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Oxunma vaxtı:21 Saniyə

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçiriləcək.

Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat Qülləsinin qarşısında təşkil olunacaq.

Tanınmış müğənnilərin və yaradıcı kollektivlərin iştirakı ilə paytaxt sakinlərinə və şəhərin qonaqlarına Dənizkənarı Milli Parkda musiqi proqramı təqdim ediləcək.

Bayram konserti atəşfəşanlıqla yekunlaşacaq.

Loading

Next Post

Azərbaycanda bəzi qanunlar mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılır

Azərbaycanda “Avtomobil yolları haqqında”, “Dövlət rüsumu haqqında” və “İcbari sığortalar haqqında” qanunların mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılması nəzərdə tutulur. Bu, “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 dekabr 2025-ci il tarixli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, […]