Mədəniyyət naziri Göygöl rayonunda vətəndaşları qəbul edib

Oxunma vaxtı:30 Saniyə

Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu iyunun 12-də Göygöl rayonunda olub.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbulda Gəncə və Naftalan şəhərləri, Göygöl, Daşkəsən, Samux və Goranboy rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri, əsasən, məşğulluq, əməyin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

Loading

Next Post

Gürcüstanda Azərbaycan dili üzrə I Regional Olimpiada keçiriləcək

Gürcüstanda yaşayan məktəbli soydaşlar arasında Azərbaycan dili üzrə I Regional Olimpiada keçiriləcək. “Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir 14 iyun 2025-ci il tarixində Marneuli şəhərində yerləşən Azərbaycan Evində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq. Olimpiada VIII-XII sinif şagirdləri […]