Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olunub

Oxunma vaxtı:39 Saniyə

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olunub.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə təyin edilib.

Qeyd edək ki, Səidə Tağızadə Bakı şəhərində anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb.

2006-cı ildə Bakı Musiqi Akademiyasını (fortepiano, organ, klavesin) bakalavr, 2008-ci ildə isə (fortepiano ixtisası, musiqişünaslıq) magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.

2016-cı ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.

S.Tağızadə indiyədək Azərbaycanla yanaşı, Böyük Britaniya, Polşa, Rusiya, Finlandiya, ABŞ, Cənubi Afrika, Cənubi Koreya, Avstriya, İsveçrə, İtaliya, Bolqarıstan, Latviya, Fransa və s. ölkələrdə konsertlərdə çıxış edib.
[center][img]https://azadmedia.az/uploads/posts/2025-04/1746009133_d7da05e0-ab1f-38e7-8b13-eede23aba10d.jpg[/img][/center]

Loading

Next Post

Azərbaycan qızıl ixracından gəlirini 4 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 65,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir. Məlumata görə, bu, ötən ilin 3 ayı ilə müqayisədə 46,7 milyon ABŞ dolları və yaxud 3,5 dəfə çoxdur. Təkcə martda isə Azərbaycan 25 milyon […]