Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Türk dünyası vahid olmalıdır

DogruSozTv Az
Oxunma vaxtı:38 Saniyə

Türk Mədəniyyəti və İrsi Fondu Türk Dövlətləri Təşkilatının (TDT) 2040-cı ilə qədər inkişaf strategiyası çərçivəsində müəyyənləşdirilmiş vəzifələrin həyata keçirilməsi üçün işini davam etdirəcək.

Bunu Astanada Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova jurnalistlərə açıqlamasında bildirib.

“Biz – türk dünyası vahid olmalıyıq ki, dövlət başçılarımızın qarşımıza qoyduğu ideya və məqsədlər, xüsusilə “Türk dünyası-2040 Strategiyası” və “Turk time” proqramı kimi əsas sənədlər çərçivəsində həyata keçirilsin. Fondumuz bu vəzifələrin həyata keçirilməsi üçün işini bundan sonra da davam etdirəcək”, – o qeyd edib.

A.Raimkulovanın sözlərinə görə, bu məqsədə çatmaq üçün Fond bu gün Astanada işinə başlayan “Әлем әуені” (“Melody of the World”) beynəlxalq incəsənət festivalının təşkilatçılarından biri olub. Festivalda Türk dünyasının ustaları və alimləri iştirak edirlər.

O əlavə edib ki, bu, türk cəmiyyəti üçün mühüm əhəmiyyət kəsb edir.

Loading

Next Post

Naxçıvanda məktəbli qızın ərə verilməsinin qarşısı alındı 

Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın qarşısı alınıb. Rayonun Dəmirçi kəndində 21 yaşlı oğlanla 15 yaşlı qız arasında keçirilməsi nəzərdə tutulan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb. Erkən nikaha yol verilməməsi üçün tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib. (Mənbə […]