Gürcüstanda Azərbaycan dili üzrə I Regional Olimpiada keçiriləcək

Oxunma vaxtı:46 Saniyə

Gürcüstanda yaşayan məktəbli soydaşlar arasında Azərbaycan dili üzrə I Regional Olimpiada keçiriləcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir 14 iyun 2025-ci il tarixində Marneuli şəhərində yerləşən Azərbaycan Evində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq.

Olimpiada VIII-XII sinif şagirdləri arasında keçiriləcək və azərbaycanlıların kompakt yaşadığı bölgələrdəki məktəbləri əhatə edəcək. Tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən 100-dən çox azərbaycanlı şagirdin iştirakı nəzərdə tutulur.

Təşkilatçılar bildiriblər ki, olimpiadanın əsas məqsədi məktəblilər arasında Azərbaycan dilinə olan marağın artırılması, ana dilimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsidir. Eyni zamanda, şagirdlərə dil bilikləri ilə yanaşı, yazılı və şifahi ünsiyyət bacarıqlarını nümayiş etdirmək imkanı yaradılacaq.

Olimpiada saat 10:30-da başlayacaq, saat 15:00-da isə bağlanış mərasimi və qaliblərin təltif olunması mərasimi planlaşdırılır.

Qeyd edilib ki, bu cür tədbirlər Gürcüstanda yaşayan azərbaycanlıların milli kimliyinin qorunmasına, ana dilində təhsilin təşviqinə və ictimai inteqrasiyanın gücləndirilməsinə xidmət edir.

Loading

Next Post

Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq

Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq.Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi […]