“Müəllimlərin 25 %-dən çoxu 1000 manatdan yuxarı əməkhaqqı alacaq” – Nazir

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

“Fevralın 1-dən etibarən dövlət ümumtəhsil müəssisələrində çalışan 25 %-dən çox müəllim 1000 manat və daha yuxarı əməkhaqqı alacaq”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, son 10 ildə (2014-2023-cü illər) müəllimlərin orta aylıq əməkhaqqı məbləği təxminən 3 dəfə artıb:

“Həmin müddət ərzində müəllimlərin orta aylıq əməkhaqqı məbləği 267 manatdan 790 manata qədər artıb. Ötən il sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər 1195 manat maaş alır”.

O bildirib ki, 29 573 nəfər müəllim 500 manata qədər, 67 499-u 500-1000 manat, 29 423-ü 1000-1500, 3103-ü 1500-2000, 216-sı 2000 manat və daha artıq əməkhaqqı alacaq.

Loading

Next Post

<strong>Ucar Rayon Polis Şöbəsinin şəxsi heyəti rayonda ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir</strong>

Ölkəmizdə uğurla həyata keçirilən hüquq mühafizə siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik 2022-ci ildə də etibarlı qorunub. Daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində […]