Bu axşam Azərbaycanı “Avroviziya”da o təmsil edəcək

Oxunma vaxtı:35 Saniyə

Bu axşam “Avroviziya-2026” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

Avstriyanın paytaxtı Vyanadakı  “Wiener Stadthalle” arenasında baş tutacaq yarımfinalda 15 ölkənin nümayəndələri mübarizə aparacaq.

Azərbaycanı “Avroviziya-2026”da təmsil edən müğənni JIVA (Cəmilə Həşimova) “Just Go» adlı mahnı ifa edəcək.

Bu axşam iştirakçıların çıxış sırası belədir:

Bolqarıstan, Azərbaycan, Rumıniya, Lüksemburq, Çexiya, Ermənistan, İsveçrə, Kipr, Latviya, Danimarka, Avstraliya, Ukrayna, Albaniya, Malta, Norveç.

Bu ölkələrdən 10-u səsvermə ilə finala çıxacaq.

Qeyd edək ki, Yunanıstan, Finlandiya, İsrail, Moldova, İsveç, Xorvatiya, Litva, Polşa, Serbiya, Belçika birinci yarmfinlın qalibi kimi finala adlayıb.
Onlarla yanaşı, müsabiqənin əsas maliyyə dəstəkçiləri olan Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, eləcə də ev sahibi Avstriya finala birbaşa vəziqə qazanıb.

“Avroviziya-2026”nın finalı 16 mayda keçiriləcək

Loading

Next Post

Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

Prezident İlham Əliyev tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılsın. Agentlik tullantıların idarə edilməsi (tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı haqlarının toplanması sahəsində dövlət […]