Fərid Cəfərov nazir müavini təyin edildi

alfonsonri
Oxunma vaxtı:17 Saniyə

Azərbaycanın mədəniyyət nazirinə yeni müavin təyin edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə bu posta Fərid Cəfərov təyin olunub.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alan Fərid Cəfərov bu təyinata qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru olub.

Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb, Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru olub.

Loading

Next Post

Mehriban Ələkbərzadəyə yüksək vəzifə verildi

Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib. Bununla bağlı mədəniyyət naziri müvafiq əmr imzalayıb. Qeyd edək ki, Akademik Milli Dram Teatrının rəhbərliyinə gətirilən Mehriban Ələkbərzadə indiyədək çoxsaylı tamaşa və ekran əsərlərinin müəllifi və rejissorudur,  Gənc Tamaşaçılar Teatrının və Yuğ Teatrının baş rejissoru vəzifələrində […]