Suqovuşan kəndinə gedən yolun mina və partlamamış sursatlardan təmizlənməsi işləri davam edir (FOTO)

Oxunma vaxtı:52 Saniyə

Tərtər rayonunun Suqovuşan kəndinə gedən avtomobil yolunun yenidən qurulması üçün ərazilərin minaladan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri davam edir.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) operativ qərərgahının rəisi İdris İsmayılov jurnalistlərə müsahibəsində bildirib ki, təmizləmə işləri 3 istiqamətdə – əllə, mexaniki maşınlarla və minaaxtaran itlər vasitəsilə aparılır. Bu günədək 169 mina və partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. On kilometrlik yolun 8 kilometri artıq təmizlənib. Növbəti 3-4 gün ərzində isə yolun qalan hissəsi təmizlənərək təhvil veriləcək.

Ümumiyyətlə, sentyabrın 27-dən Agentlik tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 750 ədəd partlamamış hərbi sursat, 4500-ə yaxın piyada əleyhinə mina və 2000-ə yaxın tank əlehinə mina aşkar edilərək götürülüb. Hazırda təmizlənməmiş ərazilərdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İ.İsmayılov bildirib ki, yaşayış məntəqələrinin təmizlənməsi 3-5, ərazilərin tamamilə təmizlənməsi isə 10 il müddətində nəzərdə tutulur. Qeyd edilən 10 il müddət dedikdə mina problemindən tamamilə azad olmaq, ucqar dağlıq ərazilərin, əkin, otlaq sahələrinin təmizlənməsi nəzərdə tutulur. İnsanların qaydışı isə daha tez müddətdə həyata keçiriləcək.

Suqovuşan kəndinə gedən yolun mina və partlamamış sursatlardan təmizlənməsi işləri davam edir (FOTO) - Gallery Image
Suqovuşan kəndinə gedən yolun mina və partlamamış sursatlardan təmizlənməsi işləri davam edir (FOTO) - Gallery Image
Suqovuşan kəndinə gedən yolun mina və partlamamış sursatlardan təmizlənməsi işləri davam edir (FOTO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov (MÜSAHİBƏ)

Doğrusöztv.Az Trend İnformasiya Agentliyinin Energetika Naziri Pərviz Şahbazovla müsahibəsini təqdim edir – 30 ilə yaxın davam edən erməni işğalından sonra müzəffər Azərbaycan ordusu torpaqlarımızı azad etdi. Məlumdur ki, bu torpaqlar təbii ehtiyatlarla zəngindir və böyük iqtisadi potensiala malikdir. Bu ərazilərdə hansı işlərin görülməsi planlaşdırır? Dağlıq Qarabağ və ətraf regionlar hidroenerji, […]