Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşüb

Oxunma vaxtı:24 Saniyə

Mayın 16-da Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova ilə Alen Simonyan arasında görüş keçirilib.

Bu barədə məlumatı Ermənistan parlamentinin Mətbuat xidməti yayıb. 

Bu, cari il ərzində tərəflər arasında keçirilən ikinci görüşdür. Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri arasında ilk görüş martın 22-də Parlamentlərarası İttifaqın 148-ci iclası çərçivəsində keçirilib.

Qeyd edək ki, S. Qafarova ilə A. Simonyan Cenevrədə baş tutan bu rəsmi görüşdən öncə orada Parlamentlərarası İttifaqın Hazırlıq Komissiyasının 1-ci iclası çərçivəsində də təkbətək söhbətləşiblər.

Loading

Next Post

Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - Fotolar

Azərbaycanda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gedib. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Belarus Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Belarus Prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları barədə məlumat verilib.