“Broker Əbülfəz” ev dustaqlığına buraxıldı

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Səbail Rayon Məhkəməsi “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovla bağlı qərar verib.

Dogrusoztv.az Unikal-a istinadən xəbər verir ki, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Ə.Məlikov ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində həbs edilmişdi.

Şirkət rəhbəri barəsində Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdı.

Loading

Next Post

Cəlilabad Müalicə Diaqnostika Mərkəzindəki yanğın söndürüldü (YENİLƏNİB)

Cəlilabad Müalicə Diaqnostika Mərkəzində tüstülənmə baş verib.  Bu barədə FHN məlumat yayıb. İlkin məlumata əsasən, tüstülənmənin qarşısı FHN qüvvələri tərəfindən qısa müddət ərzində alınıb. *** 11:43 Cəlilabad Müalicə Diaqnostika Mərkəzində yanğın başlayıb. hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin avtomobilləri və Göytəpə şəhər yanğından mühafizə bölməsinin 1 avtomobili və şəxsi […]