“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

Oxunma vaxtı:48 Saniyə

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin iştirakçıları Şuşa şəhəri ilə tanış olublar.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qonaqlar əvvəlcə Şuşa qalasının divarlarını ziyarət ediblər. Burada onlara şəhərin tarixi və qala divarlarının inşası barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən tikdirilən qala uzun illər boyu şəhəri xarici hücumlardan qoruyaraq onun alınmazlıq rəmzinə çevrilib. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa və konservasiya işləri həyata keçirilib.

Daha sonra konqres iştirakçıları Azərbaycanın görkəmli şəxsiyyətləri Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhərinin mərkəzi meydanını ziyarət ediblər.

Səfər çərçivəsində qonaqlar Xurşidbanu Natəvanın ev-muzeyi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı ilə də tanış olublar.

Qonaqlara bildirilib ki, Şuşada aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri şəhərin tarixi-mədəni irsinin qorunması ilə yanaşı, onun beynəlxalq mədəniyyət və elm mərkəzi kimi inkişafına da xidmət edir.

Loading

Next Post

Azərbaycan və Türkiyə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib

Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, general-leytenant N.İslamzadə “Anadolu Qartalı – 2026” beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində bir sıra tədbirlərdə iştirak edib, şəxsi heyətlə görüşüb. Azərbaycan heyətinin rəhbəri polkovnik Zaur Məmmədov təlimin gedişi və […]