Ölümündən 26 il sonra reklam çarxında – Video

Oxunma vaxtı:37 Saniyə

Daha çox “My Way” mahnısı ilə yaddaşlarda qalan və 20-ci əsrin ən böyük sənətçilərindən sayılan amerikalı müğənni və aktyor Frank Sinatra ölümündən 26 il sonra reklam çarxına “çəkilib”.

Bu reklam çarxı süni intellekt sayəsində ortaya çıxıb. 

Belə ki, Frank Sinatranın qızı Tina Sinatra, hip- hop ulduzları Dr.Dre və Snoop Doggun çəkildiyi reklam çarxında süni intellektin yaratdığı Frank Sinatra obrazı da yer alıb.

76 yaşlı Tina Sinatra atasının görüntüsünün reklamda istifadə edilməsini bu sözlərlə şərh edib: “Zamansız sənət, əngəllərin dəf edilməsi və nəsillərarası əməkdaşlıq…”

Reklamda həmçinin 1990-cı ildə vəfat edən məşhur müğənni və aktyor Semmi Davisin süni intellekt surəti də əks olunub.

Qeyd edək ki, amerikalı müğənni Frank Sinatra 1998-ci ildə 83 yaşında dünyasını dəyişib. 

Loading

Next Post

Kəskin hava şəraiti ilə bağlı çağırış edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolların buz bağlaması ilə bağlı sürücülərə çağırış edib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. “BDYPİ xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən zəruri ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, […]