Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib

DogruSozTv Az
Oxunma vaxtı:41 Saniyə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Litvanın xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Litva ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun davam etdirilməsinin, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Telefon danışığı zamanı həmçinin çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Kestutis Budris Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrliyə hazırlığı barədə məlumat verib. Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində Litvanın qarşıdan gələn sədrliyi dövründə bir sıra istiqamətlər üzrə səylər barədə fikir mübadiləsi aparılıb.

Nazirlər eyni zamanda regional təhlükəsizlik məsələlərini, Cənubi Qafqazda mövcud vəziyyət və regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində görülən işləri, eləcə də qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələləri müzakirə ediblər.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Rusiyanın nəqliyyat naziri: Zelenskinin təhdidləri ilə bağlı xarici aviaşirkətlərə lazımi izahat verdik

Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin təhdidləri ilə bağlı xarici aviaşirkətlərə lazımi izahat verib. Bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin bildirib. “Həmkarlar izahat üçün müraciət etdilər və biz bütün lazımi izahatları verdik”, – rusiyalı nazir deyib. Nikitin vurğulayıb ki, Rusiyaya uçan şirkətlərin “mütləq əksəriyyəti” hakimiyyət orqanları ilə çox sıx əməkdaşlıq edir […]