Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Oxunma vaxtı:44 Saniyə

Bakıda iyunun 12-də havanın 30 dərəcə isti olaqcağı, rayonlarda yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22°, bəzi yerlərdə 25-28° isti olacaq.

Loading

Next Post

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Azərbaycanda Məhərrəm ayı iyunun 16-na, Aşura günü isə 25 iyuna təsadüf edəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə əlaqədar ölkə müsəlmanlarına müraciətində qeyd edilib. Bildirilib ki, Qazılar Şurası olaraq dindarlar xatırladılır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə […]