Gündəm

Cəmiyyət

Təyinatlar

İki kollecdə yeni – Təyinat

İki kollecdə yeni təyinat olub. Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb, hazırda ADA-da “Təlim və tədrisin təşkili metodikası” […]

Sərəncamlar

İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Tədbirlər

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Azərbaycan Prezident İlham Əliyevin almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə hazırda təkbətək görüşü davam edir.Təkbətək görüşdən sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq. Almaniya kansleri Fridrix Merts ilə görüşdə isə “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” imzalanması nəzərdə tutulur.

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

DogruSozTv Az

Sənədə əsasən, Azərbaycanda, o cümlədən regionlarda rəqabətin inkişaf səviyyəsinin qiymətləndirilməsinə imkan verən göstəricilər sistemi hazırlanacaq. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda əks olunub. Sənədə əsasən, mexanizmin formalaşdırılması Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət […]

Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam

DogruSozTv Az

Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi 2026-cı ildə “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yenidən təşkili əsasında yaradılıb. Mərkəz beynəlxalq və regional […]

Yağış yağacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

DogruSozTv Az

Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında sentyabrın 12-13-də arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Azərbaycan əhalisinin yanacaq xərcləri 4 %-dən çox artıb

DogruSozTv Az

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 701,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 4,3 % çoxdur. Ötən 8 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6,1 %-i avtomobil benzini və dizel yanacağının […]

Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb

DogruSozTv Az

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2863 abituriyent ərizə təqdim edib. Onlardan 976 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub. […]

11 sentyabr – 25 il ərzində dəyişən dünya və güc balansı – ŞƏRH

DogruSozTv Az

[center][img]https://azadmedia.az/uploads/posts/2026-09/1789125929_9ltarakg0pzv.png[/img][/center] 2001-ci ilin 11 sentyabr tarixində ABŞ-də Ümumdünya Ticarət Mərkəzinin binalarına qarşı törədilən terror aktı dünya tarixinin və geosiyasətin böyük dönüş nöqtələrindən birinə çevrildi. Törədilən terror aktı təkcə minlərlə insanın ölümü, böyük dağıntı ilə yadda qalmadı. Bu, eyni zamanda beynəlxalq münasibətlərə də ciddi təsir etdi. Məhz 11 sentyabrdan sonra Ağ […]

Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar

DogruSozTv Az

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri bu gün Qarabağ Universiteti ilə tanış olublar. Onlar ali təhsil müəssisəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ikigünlük səfərləri çərçivəsində ziyarət ediblər. Rektor Şahin Bayramov diplomatlara Qarabağ Universitetinin fəaliyyəti barədə məlumat verib. Qeyd edək ki, hazırda bu ali təhsil müəssisəsində 3 minə yaxın […]

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

DogruSozTv Az

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20° isti, […]

Keşlədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər

DogruSozTv Az

Bakının Nizami rayonunda, Keşlə qəsəbəsi, 6-cı Keşlə küçəsinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsində təmir işləri aparılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyiməlumat yayıb Məlumata görə, təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər. Sürücülərdən hərəkət istiqamətlərinə […]

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək

DogruSozTv Az

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək. Bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Saziş Azərbaycanla İordaniya arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsini nəzərdə tutur.