Tayvan Çindən 30 uçuş aparatı və 11 gəminin yaxınlaşmasını qeydə alıb

Oxunma vaxtı:21 Saniyə

Tayvan silahlı qüvvələri son sutka ərzində Çinin Xalq Azadlıq Ordusunun (ÇXAO) 30 uçuş aparatı və 7 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

Bu barədə adanın müdafiə qurumu məlumat yayıb.

20 uçuş aparatı Tayvan boğazının xəyali orta xəttini keçərək adanın şimal, mərkəzi, cənub-qərb və şərq hissələrində hava hücumundan müdafiə təyinetmə zonasına daxil olub.

Tayvan ordusu buna cavab olaraq hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərini işə salıb.

Loading

Next Post

İstanbulda xəstəxanaya silahlı hücum: yaralılar var

İstanbulda yerləşən xəstəxanaların birinin təcili yardım şöbəsinə silahlı hücum edilib. Bu barədə Türkiyə mediası yazıb. Hadisə zamanı bir polis, bir jandarma, bir özəl mühafizə işçisi, iki mülki vətəndaş olmaqla 5 nəfər yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hadisə zamanı xəstəxana binası və təcili yardım maşınına ziyan dəyib. Silahlı şəxsin kimliyi müəyyənləşməsə də, […]