İstanbulda xəstəxanaya silahlı hücum: yaralılar var

Oxunma vaxtı:19 Saniyə

İstanbulda yerləşən xəstəxanaların birinin təcili yardım şöbəsinə silahlı hücum edilib.

Bu barədə Türkiyə mediası yazıb.

Hadisə zamanı bir polis, bir jandarma, bir özəl mühafizə işçisi, iki mülki vətəndaş olmaqla 5 nəfər yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Hadisə zamanı xəstəxana binası və təcili yardım maşınına ziyan dəyib.

Silahlı şəxsin kimliyi müəyyənləşməsə də, onun hücum zamanı istifadə etdiyi avtomobil tərk edilmiş halda tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Prezidentdən təbrik

Prezident İlham Əliyev Malayziyanın Kralı Sultan İbrahimə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Əlahəzrət, Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram. Biz Azərbaycan ilə Malayziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə […]