Rusiya Baxmuta şimal-qərbdən hücuma keçdi – RƏSMİ

alfonsonri
Oxunma vaxtı:41 Saniyə

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sutkalıq xülasəsini təqdim edib.

Dogrusoztv.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, xülasədə uzun müddətdir uğrunda döyüşlərin getdiyi Baxmuta Rusiyanın şimal-qərbdən hücuma keçdiyi bildirilib.

Məlumata görə, bu vaxta qədər Rusiya qüvvələri Baxmutu təkcə şərqdən, cənubdan və şimaldan ələ keçirməyi hədəfləsə də, indi həm də şimal-qərbdən hücuma keçilib. Qeyd olunub ki, Ukrayna bölmələrinin olduğu yaşayış məntəqələri arasında hücumlar dəf edilib.

“Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Kuzemovka və Dibrova, Donetsk vilayətinin Fedorovka, Yaqodnoye, Berxovka, Baxmut və Kurdyumovka yaşayış məntəqələri ərazilərində işğalçıların hücumlarını dəf edib”, – məlumatda deyilir.

Qeyd edək ki, Baxmutun şimal-qərb hüdudlarının yaxınlığında Yaqodnoye adlı kiçik bir qəsəbə var. Ondan bir qədər uzaqda isə Berxovka yerləşir. Şimal və şimal-qərbdən Baxmuta gedən yolların qovşağında yerləşən Paraskoveyevka kəndinin tutulması barədə ötən həftə Rusiya mənbələri məlumat yaymışdı.

Loading

Next Post

Bu gün onların bayramıdır - Video

Bu gün Azərbaycanda avtomobil yolları işçilərinin peşə bayramı günüdür. “Qafqazinfo”nun məlumatına görə, Prezident İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur. Artıq 15 ildir ki, peşə bayramını […]