Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

DogruSozTv Az
Oxunma vaxtı:39 Saniyə

Baş prokuror Kamran Əliyev paytaxtın Yasamal rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kamran Əliyev sentyabrın 4-də saat 10:00-da Yasamal rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Yasamal rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Yasamal rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Bakıdakı bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alınıb

Baş Prokurorluq tərəfindən Bakıdakı bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alınıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Nəsimi və Xəzər rayonlarında yerləşən dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində müvafiq razılaşdırma aparılmadan təmir, bərpa, yenidənqurma və digər işlərin görülməsi ilə bağlı Mədəniyyət […]