Suqovuşanın erməni işğalından azad edilməsindən 1 il ötür

Oxunma vaxtı:54 Saniyə

Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsinin ildönümüdür.

Sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmasına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılıb, ordumuz cəbhə boyu irəliləməyə başlayıb.

Aparılan uğurlu əməliyyat nəticəsində Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Talış və Madagiz kəndlərini işğaldan tamamilə azad edib.

Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərindən biri sayılır. Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı və qüvvə texnika itirib.

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Madagizin tarixi adı – Suqovuşan adı bərpa olunub.

Azərbaycanın Suqovuşan su anbarını işğaldan azad etməsi ilə düşmənin enerji potensialına zərbə vurulub, Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.

Azərbaycan Respublikasında “Suqovuşanın azad olunmasına görə” medalı təsis edilib.

Suqovuşanın azad olunması uğrunda döyüşlərdə iştirak etmiş hərbçilər “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.(oxu.az)

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İlham Əliyev Tərtərin Talış kəndində və Suqovuşanda Azərbaycan bayrağını ucaldıb

İlham Əliyev Tərtərin Talış kəndində və Suqovuşanda Azərbaycan bayrağını ucaldıbİlham Əliyev Tərtərin Talış kəndində və Suqovuşanda Azərbaycan bayrağını ucaldıbAzərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. “Report” xəbər verir ki, Azərbaycan Prezidenti Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və pravoslav kilsələrində olub.Prezident İlham Əliyev […]