50 hərbçimiz şəhid olub – RƏSMİ

Oxunma vaxtı:28 Saniyə

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik.

Şəhidlərimizin qanı yerdə qalmadı.

Bildiririk ki, şəhid olmuş  hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq.

Loading

Next Post

"İtkilərimiz var, əlavə məlumat veriləcək" - Müdafiə Nazirliyi

Toqquşma zamanı Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurularaq geri çəkilməyə məcbur edilib. Ermənistan ordusu atəşkəs razılaşmasına əməl etməyib və çirkin əməlləri davam etdirilib”. Bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov keçirdiyi brifinqdə bildirib. “Hazırda vəziyyət gərgin olaraq qalır. Təəssüflə bildirim ki, bizim də itkilərimiz var, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, […]