İranda edama məhkum edilmiş 139 nəfər əfv edilib

Oxunma vaxtı:18 Saniyə

İranda barələrində edam hökmü çıxarılmış 139 məhkum əfv edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran məhkəmə sisteminin sözçüsü Əli-Əsgər Cahangir bildirib.

O deyib ki, bu, Ali Rəhbərin razılığı ilə həyata keçirilib.

İran məhkəmə sisteminin sözçüsü vurğulayıb ki, həmin şəxslərdən şikayət yoxdur və onların təhlükəsizlik xarakterli cinayət keçmişi olmayıb, əfv edilən məhkumlar törətdikləri əməllərdən peşmanlıq ifadə ediblər.

Loading

Next Post

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı […]