İspaniya həftədə dörd günlük iş planını sınaqdan keçirəcək

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

İspaniya həftədə dörd iş günü planını sınaqdan keçirməkdə maraqlı olan kiçik və orta sənaye şirkətləri üçün 10,5 milyon dollardan çox vəsait ayırmağı planlaşdırır.

Bu barədə İspaniya hökuməti dörd günlük sınaq proqramını elan edib və bu proqrama müraciət etməkdə maraqlı olan şirkətlər üçün şərtlərini açıqlayıb.

Qeyd olunub ki, sınaq müddəti ən azı 2 il olacaq. Plan ayaqqabı, konserv, geyim və ya avtomobil fabrikləri kimi kiçik sənaye müəssisələrindən başlayacaq və müsbət nəticələr əldə olunarsa, digər biznes sektorlarına da genişlənəcək.

Onu da deyək ki, İngiltərədə dörd günlük iş həftəsinin sınaq mərhələsi yeni başa çatıb. Onun nəticələri üç günlük həftəsonu baxımından müsbət qiymətləndirilib.

Loading

Next Post

Atletlərimiz sabah İrəvanda qüvvələrini sınayacaqlar

Azərbaycan ağır atletlərinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub. Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, körpü üzərinə ilk olaraq Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı aprelin 15-də qüvvəsini sınayacaq. 67 kq çəkidə yarışacaq İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər […]