Sabahın hava proqnozu açıqlanıb

Oxunma vaxtı:37 Saniyə


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-30° isti olacaq.

Loading

Next Post

Bakıda Şimali Kiprin Mədəniyyət Günü keçirilir

Bakıda Şimali Kiprin Mədəniyyət Günü təşkil olunub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil olunan Mədəniyyət Gününün açılışında Şimali Kiprin Baş naziri Ünal Üstel və rəhbərlik etdiyi nümayəndə heyəti, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kiprin Azərbaycandakı səfiri Ufuk Turqaner, Milli Məclisin üzvləri və digər rəsmilər iştirak edib. Açılış nitqi ilə çıxış […]