Bakıda Şimali Kiprin Mədəniyyət Günü keçirilir

Oxunma vaxtı:46 Saniyə

Bakıda Şimali Kiprin Mədəniyyət Günü təşkil olunub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil olunan Mədəniyyət Gününün açılışında Şimali Kiprin Baş naziri Ünal Üstel və rəhbərlik etdiyi nümayəndə heyəti, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kiprin Azərbaycandakı səfiri Ufuk Turqaner, Milli Məclisin üzvləri və digər rəsmilər iştirak edib.

Açılış nitqi ilə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud “İçərişəhər”in müxtəlif xalqların mədəniyyətinin və incəsənətinin təqtimatına həmişə uğurla evsahibliyi etdiyini deyib.

O, mədəniyyətin xalqları bir-birinə yaxınlaşdıran körpü olduğunu vurğulayıb.

Şimali Kipr Baş nazirinin müavini Fikri Ataoğlu Azərbaycan-Türkiyə-Şimali Kipr qardaşlığına diqqət çəkərək təşkil olunan Mədəniyyət Gününü bu birliyin təzahürü adlandırıb.

Ü.Üstel isə çıxışında qonaqpərvərlik və təşkilatçılığa görə Azərbaycana təşəkkür edib. O, xalqlar arasındakı mövcud dostluq və qarşılıqlı dəstəyin gələcək illərdə də əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.

Çıxışların ardınca Şimali Kiprin milli-mədəni irsi, incəsənəti, musiqisi, rəqsləri, mətbəxi və turizm potensialını nümayiş etdirən stendlər təqdim olunub.

Loading

Next Post

Niderlandda polis iğtişaşların 7 iştirakçısını saxlayıb

Niderlandın Veyk-bey-Durstede şəhərində sığınacaq üçün müraciət edənlərə qarşı etiraz aksiyasının 7 iştirakçısı saxlanılıb. Bu barədə Niderlandın NOS portalı xəbər verir. Ötən gecə ratuşa binası qarşısında keçirilən dinc etiraz aksiyası iğtişaşlara çevrilib. Ratuşanın pəncərələri və qapıları, videomüşahidə kamerası sındırılıb, iğtişaş iştirakçıları binaya daxil olublar. İzdihamın dağıdılmasına iğtişaşlara qarşı mübarizə üzrə xüsusi […]