Laos Prezidenti Azərbaycan liderinə təbrik məktubu göndərib

Oxunma vaxtı:34 Saniyə

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrik məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Laos xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

İnanıram ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq birgə səylərlə gələcək illərdə xalqlarımızın mənafeləri, eləcə də regionda və bütövlükdə dünyada sülh, sabitlik və davamlı inkişaf naminə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ali missiyanızda uğurlar, Azərbaycan xalqına isə davamlı rifah və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Loading

Next Post

Laçın Zirvə görüşü: Türkiyə-Azərbaycan-Pakistan birliyinin nümayişi - ŞƏRH

İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında quruculuq işləri genişlənir. Müstəqilliyin 107-ci ilinin azad yenidən qurulan Laçında qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə bu şəhərdə görüşü Ankara-Bakı-İslamabad əlaqələrinin yüksək səviyyəsinin göstəricisidir. Liderlərin Laçın görüşü regional və qlobal miqyasda […]