Kim Çen In PUA-ların istehsalını artırmağı əmr edib

Oxunma vaxtı:24 Saniyə

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In pilotsuz uçuş aparatlarının (PUA) sınaqlarında iştirak edib.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Kim Çen In müdafiə pilotsuz uçuş aparatları ilə tanış olub. Müxtəlif zərbə zonalarında istifadə edilən pilotsuz uçuş aparatları quruda və dənizdə düşmən hədəflərinə hücum etmək üçün nəzərdə tutulub”, – məlumatda qeyd edilib.

Agentlik bildirib ki, PUA-ların sınaqları uğurlu olub.

Şimali Koreya lideri kəşfiyyat və çoxməqsədli zərbə PUA-larının istehsalının genişləndirilməsinin vacibliyinə də işarə edib.

Loading

Next Post

Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

Bu il 600-dən çox bal toplayan iki nəfər ali təhsil müəssisələrinə qəbul olmayıb. Bu barədə “Report”un sualını cavablandıran Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, həmin şəxslərdən biri I ixtisas qrupu üzrə yalnız ödənişsiz əsaslarla bir yer […]