Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb

Oxunma vaxtı:31 Saniyə

Vətəndaşların bank kartlarından oğurluq davam edir.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır:

“Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 23-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 1200, 1000, 600, 500, 400, 300, 250, 200, 200, 80, 78, 75, 56, 20 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdı”.

Loading

Next Post

Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20-dən çox bankın SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılmasını nəzərdən keçirir. Bu barədə “Bloomberg” anonim mənbələrə istinadən məlumat yayıb. “Ukraynaya qarşı müharibəni dayandırmaq üçün Moskvaya təzyiqi artırmağa yönəlmiş yeni sanksiyalar çərçivəsində Aİ həm də Rusiya neftinin qiymətinin yuxarı həddinin aşağı salınması və “Şimal […]