Sürücülərin NƏZƏRİNƏ: Bu gün gecə saat 22:00-dan etibarən …

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda quraşdırılma işlərini davam etdirir.

BŞH-dan verilən məlumata görə, bu gün gecə saat 22:00-dan etibarən tribunanın quraşdırılması səbəbindən Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Orada bütün istiqamətlərdə nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənəcək.

Daha əvvəl Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi və Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissə nəqliyyatın hərəkətinə bağlanıb.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

Loading

Next Post

Sahibə Qafarova qazaxıstanlı həmkarı ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Sankt-Peterburqda Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayev ilə görüşüb. Bu barədə Azərbaycan parlamentindən məlumat verilib. Görüşdə qeyd olunub ki, dost və qardaş ölkələrimiz arasında münasibətlər uğurlu inkişaf dinamikasına malikdir. Bir çox sahələri əhatə edən əlaqələrimizin inkişafında dövlət başçılarının xüsusi […]