Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir

Oxunma vaxtı:33 Saniyə

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20-dən çox bankın SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılmasını nəzərdən keçirir.

Bu barədə “Bloomberg” anonim mənbələrə istinadən məlumat yayıb.

“Ukraynaya qarşı müharibəni dayandırmaq üçün Moskvaya təzyiqi artırmağa yönəlmiş yeni sanksiyalar çərçivəsində Aİ həm də Rusiya neftinin qiymətinin yuxarı həddinin aşağı salınması və “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinə qadağa qoyulması imkanlarını nəzərdən keçirir”, – məlumatda deyilir.

Mənbələr bildiriblər ki, Avropa Komissiyası bu tədbirlərlə bağlı Aİ-yə üzv dövlətlərlə məsləhətləşmələr aparır.

Onların sözlərinə görə, mümkün məhdudiyyətlərin vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib. Aİ sanksiyaları bütün üzv dövlətlərin təsdiqini tələb edir və rəsmi təklif edilənə və qəbul edilənə qədər dəyişdirilə bilərlər.

Loading

Next Post

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, […]