DYP-dən paytaxt sakinləri və sürücülərə MÜRACİƏT

alfonsonri
Oxunma vaxtı:44 Saniyə

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) paytaxt sakinləri və sürücülərə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli deyib ki, 1-3 mart 2023-cü il Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, Bakı Konqres Mərkəzində keçiriləcək tədbirdə iştirak edən qonaqların əsas hərəkət marşurutları paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək: “Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə başa çatması üçün paytaxt sakinlərindən və sürücülərdən mərkəz istiqamətinə səfərlərini əsasən ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddət ərzində şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik. Mərkəzə daxil olan nəqliyyat axının fasiləsiz idarə olunması məqsədilə paytaxtın cənub girişindən mərkəzə Lökbatan dairəsindən kənar dairəvi yolla hərəkətə üstünlük verməyi əsasən Zərifə Əliyeyeva, Neftçilər prospekti, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Teymur Elçin, Lermantov, Parlamen prospekti, Koroğlu Rəhimov və Yusif Səfərov istiqamətində mərkəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətini yükləməməyi xahiş edirik”.

Loading

Next Post

"Bakıda olmaqdan məmnunam" - Lavrov

“Günəşli və qonaqpərvər Bakıda olmaqdan məmnunam”. Bunu Rusiya xarici işlər naziri Azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib. Rusiya XİN başçısı Bakıya səfərini təşkil etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Lavrov eyni zamanda dünən səfərinin birinci günü Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsinə görə […]