Bakı–Tbilisi–Bakı qatarında ödənişsiz baqaj limiti açıqlanıb

Oxunma vaxtı:23 Saniyə

Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarında Komfort və Komfort+ siniflərində səyahət edən sərnişinlər çəkisi 23 kiloqramdan, Lüks sinifdə isə 30 kiloqramdan çox olmayan 1 ədəd baqajı ödənişsiz daşıya bilərlər.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.

Bundan əlavə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur.

Loading

Next Post

Baş katib: "Şəhərlərin qurucuları icmalardır və onlar iqlim böhranına qarşı ilk reaksiyanı verir"

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı aydın olub ki, şəhərlərin qurucuları məhz icmalardır və onlar iqlim böhranına qarşı ilk reaksiya verənlərdir. Bunu Asiya Mənzil Hüquqları Koalisiyasının Baş katibi Lajana Manandhar tədbirin bağlanış mərasimində bildirib. “Vətəndaş cəmiyyəti, yerli hərəkatlar və qeyri-rəsmi məskunlaşma yerlərinin təmsilçiləri olaraq, Azərbaycan hökumətinə və […]