Bayraktar qardaşları milyarderlər siyahısında

Oxunma vaxtı:24 Saniyə

“Forbes” biznes jurnalı dünyanın ən zəngin insanları siyahısını yeniləyib.

Siyahıda diqqət çəkən adlar arasında Türkiyədən olan Bayraktar qardaşları da olub.

“Baykar Technology” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar şirkətdəki 52,5 faiz payı sayəsində şəxsi sərvətini 1,8 milyard dollara yüksəldib. Bu rəqəmlə Selçuk Bayraktar Türkiyənin 15-ci ən varlı adamı olub.

“Baykar Technology” səhmlərinin 47,5 faizinə sahib olan Haluk Bayraktarın sərvəti 1,6 milyard dollara çatıb. Bununla da Haluk Bayraktar Türkiyənin 19-cu ən zəngin adamı olub.

Loading

Next Post

Ədliyyə naziri Şirvanda vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov Şirvan şəhərində vətəndaşları qəbul edib. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qəbulda Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin […]