Növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası başlayır

Oxunma vaxtı:43 Saniyə

Bu həftədən növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına başlanılacaq.

Bu, Mərkəzi Seçki Komissiyasının “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.

Seçki Məcəlləsinə əsasən, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, və proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Loading

Next Post

“Hizbullah” İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum edib

Livanın “Hizbullah” hərəkatının yaraqlıları kamikadze dronlar vasitəsilə İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum ediblər. Bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, əsgər və zabitlərin mövqelərinə hücum təşkil edilib. “Birbaşa endirilən zərbə nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var”, – məlumatda qeyd olunub. Bildirilib ki. bu hücum İsrailin […]