“Hizbullah” İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum edib

Oxunma vaxtı:18 Saniyə

Livanın “Hizbullah” hərəkatının yaraqlıları kamikadze dronlar vasitəsilə İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum ediblər.

Bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əsgər və zabitlərin mövqelərinə hücum təşkil edilib.

“Birbaşa endirilən zərbə nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var”, – məlumatda qeyd olunub.

Bildirilib ki. bu hücum İsrailin Livanın Bazuriya və Hula yaşayış məntəqələrinə endirdiyi zərbələrə cavabdır.

Loading

Next Post

Azərbaycanda 148 Instagram və Teleqram kanalı bağlandı - SƏBƏB

“Instagram” və “Telegram”-da yeni kiber üsullardan istifadə olunmaqla narkotiklərin satışını həyata keçirən 148 səhifənin bağlanması təmin edilib.Son dövrlər müasir texnologiyaların sürətli inkişafı ilə bir sıra cinayətlərin ənənəvi üsullarla deyil, yeni texnoloji vasitələrdən istifadə olunmaqla törədilməsinə rast gəlinir. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən transmilli şəbəkələrin cinayətkar fəaliyyətlərini kiberməkana keçirdiyi […]