Kreml: “Sülh Şurası”na ianə Rusiyanın ABŞ-dakı aktivlərinin blokdan çıxarılmasını tələb edəcək

Oxunma vaxtı:33 Saniyə

“Sülh Şurası”na 1 milyard dollarlıq ianə Rusiyanın ABŞ-dakı aktivlərinin blokdan çıxarılması tələb edəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu RusiyaOprezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, bu məbləğ Fələstinin bərpası üçün istifadə olunmalıdır.

O qeyd edib ki, ianənin qanuni olaraq necə rəsmiləşdiriləcəyi “hələ də bəlli deyil”.

Peskov deyib ki, “Sülh Şurası”na 1 milyard dollar ianə etməyə hazır olması Rusiyanın dondurulmuş aktivləri geri almaq ümidini itirdiyi anlamına gəlmir.

Kreml rəsmisi vurğulayıb ki, Moskva mübarizəni davam etdirəcək və hüquqlarını müdafiə etməyə davam edəcək.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin ölkəsinin dondurulmuş aktivlərdən “Sülh Şurası”na 1 milyard dollar ayırmağa hazır olduğunu açıqlayıb.

Loading

Next Post

Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

22 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini Radmila Şekerinskanı qəbul edib. XİN-dən verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə NATO arasında tərəfdaşlıq çərçivəsində mövcud əməkdaşlıq gündəliyi və perspektivləri, tərəfdaşlıq mexanizmləri çərçivəsində görülən işlər, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. […]