Rusiya Ukraynanın üç bölgəsinə zərbələr endirib: 14 nəfər ölüb, 100 nəfər xəsarət alıb

Oxunma vaxtı:23 Saniyə

Rusiya qoşunları Ukraynanın Kiyev, Odessa və Dnepropetrovsk vilayətlərinə hücum edib, nəticədə 14 nəfər həlak olub, 100 nəfər yaralanıb.

Bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri məlumat verib.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, gecə saatlarında Kiyevə raket zərbəsi nəticəsində 4 nəfər həlak olub, 54 nəfər yaralanıb.

Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində 7 nəfər həlak olub, ən azı 12 nəfər yaralanıb.

Dnepropetrovsk vilayətində isə 3 nəfər ölüb, 34 nəfər yaralanıb.

Loading

Next Post

DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb

Bu ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 milyard 132 milyon manat təşkil edib. Bu barədə Dövlət Sosial Müdafiə Fondun məlumat yayıb. Məlumata görə, bu, proqnozla müqayisədə 9 % və yaxyd 183 milyon manat çoxdur. Fondun gəlirlərinin tərkibində məcburi dövlət […]