Kərim Vəliyev başsağlığı verdi

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğluna başsağlığı verib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir:

“Azərbaycandan Türkiyəyə yola düşən “C-130” hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus “C-130” hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Loading

Next Post

İlham Əliyev: Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır

Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Bu fikirlər Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına ünvanlandığı müraciətdə yer alıb. “Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi […]