Allahşükür Paşazadə Gürcüstanın yeni patriarxını təbrik edib

Oxunma vaxtı:35 Saniyə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın yeni seçilmiş patriarxını təbrik edib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Təbrikdə bildirilib ki, Mitropolit Şionun (Elizbar Muciri) Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurası tərəfindən Katolikos-Patriarx seçilməyi bütün gürcü ruhanilərinin və gürcü xalqının mövqeyini əks etdirib.

Təbrikdə mərhum Katolikos-Patriarx II İlyanın varisi olaraq Mitropolit Şionun Gürcüstan və Azərbaycan arasında nümunəvi dini və mənəvi münasibətlərin, eləcə də xalqlar arasında səmərəli əməkdaşlığın qorunması və daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyinə əminlik ifadə olunub.

“Dövlətlərimiz öz müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycanı ziyarət edən ilk xristian dini lider məhz Bütün Gürcüstanın Katolikos Patriarxı II İlya olmuşdu. Fürsətdən istifadə edərək, Sizi Azərbaycana dəvət etməkdən qürur duyuram”, – təbrikdə deyilir.

Loading

Next Post

Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlərdə 8 dil üzrə sinxron tərcümə təmin ediləcək

Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlər zamanı 8 dil üzrə sinxron tərcümə təmin ediləcək.Bu barədə Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olarkən məlumat verilib. Bildirilib ki, tədbirlərdə BMT-nin 6 rəsmi dili – ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan […]