KİV: Çin gömrük rüsumlarının ləğvi müqabilində ABŞ-a 1 trilyon dollar sərmayə vəd edib

DogruSozTv Az
Oxunma vaxtı:19 Saniyə

Çin gömrük rüsumlarının ləğvi müqabilində ABŞ iqtisadiyyatına 1 trilyon dollar sərmayə yatırmaq təklifi ilə çıxış edib.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Agentliyin mənbələrinin bildirdiyinə görə, Pekin həmçinin ABŞ ərazisində fəaliyyət göstərən Çin müəssisələrinin istifadə etdiyi xammalın idxalına tətbiq edilən rüsumların azaldılmasında israr edir.

Bloomberg qeyd edir ki, Vaşinqtonun hansı həcmdə sərmayəni qəbul etməyə razı olacağı ilə bağlı müzakirələr hələ də davam edir.

Loading

Next Post

III MDB Oyunları: Azərbaycanın altı cüdoçusu finala vəsiqə qazanıb

Azərbaycanın altı cüdoçusu III MDB Oyunlarında finala vəsiqə qazanıb. Məhəmmədəli Hüsüyev (55 kq), Sunay Salamova, Zeyd Ələsgərov (60 kq), Gülşən Hüseynova (44 kq), Hüseyn Hüseynov və Fəxri Sahibzadə (hər ikisi 66 kq) bu raundadək irəliləyə bilib. Qeyd edək ki, bu gün start götürən cüdo yarışları sabah başa çatacaq.