Si Cinpin Qazaxıstana səfər edəcək

Oxunma vaxtı:19 Saniyə

Çin sədri Si Cinpin 16-17 iyun tarixlərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya səfər edəcək.

Bu barədə “Akorda”nın mətbuat xidməti məlumat yayıb.

“Səfər zamanı ali səviyyədə ikitərəfli görüş keçirilməsi planlaşdırılır ki, burada Qazaxıstan – Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Astanada iyunun 17-də region dövlət başçılarının iştirakı ilə ikinci “Mərkəzi Asiya – Çin” sammiti keçiriləcək”, – məlumatda deyilir.

Loading

Next Post

Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bu gün Qubada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Quba Elektrik Şəbəkəsində yerləşən 35/6 kV-luq “Quba” yarımstansiyasında iyunun 11-də əsaslı təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar rayonun bir sıra kəndlərində və şəhər ərazisində elektrik xətləri sifarişə əsasən açılacaq. Saat […]