Ermənistan və Gürcüstan Bakı ilə İrəvan arasında Vaşinqton razılaşmalarını müzakirə edib

Oxunma vaxtı:39 Saniyə

Ermənistan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr zamanı Cənubi Qafqaz regionunda cari hadisələr və Bakı ilə İrəvan arasında Vaşinqton razılaşmaları müzakirə edilib.

Məsləhətləşmələr avqustun 21-də İrəvanda Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın sədrliyi ilə keçirilib.

Tərəflər iki ölkə arasında münasibətlərin dostluq xarakterini və strateji tərəfdaşlığı qeyd edib, yüksək səviyyəli səfər mübadiləsinin intensivləşdiyini vurğulayıblar.

“Həmçinin Cənubi Qafqaz regionunda baş verən cari hadisələr müzakirə olunub. Gürcüstan tərəfi Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişini alqışlayıb və ABŞ-nin rolunu ayrıca vurğulayıb”, – məlumatda deyilir.

Gürcüstan tərəfi regionda uzunmüddətli sülhün və əməkdaşlığın möhkəmlənməsinə töhfə verməyə hazır olduğunu bildirib.

Bundan əlavə, tərəflər ticarət-iqtisadi, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın perspektivlərini, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Loading

Next Post

Azərbaycan Prezidenti Türkmənistanda işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gedib. Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət üzrə müavini Nökərqulu Ataqulıyev və digər rəsmi şəxslər qarşılayıblar.